Zaur Baxşəliyevin toy günü məlum oldu

zaur-baxseliyevin-toy-gunu-melum-oldu
Oxunma sayı: 2008

Milli.Az-a daxil olan məlumata görə, Azərbaycanın tanınmış teleaparıcılarından biri Zaur Baxşəliyev nəhayət ki, toy gününü dəqiqləşdirib.

Seçdiyi həmkarı Günay Qələndərli ilə evlənəcək Baxşəliyev bu xoş günü oktyabrın 26-na təyin edib. Say-seçmə qonaqların dəvət olunacağı mərasim paytaxtın dəbdəbəli şadlıq saraylarının birində təşkil olunacaq.

Onu da öyrəndik ki, hazırda Zaur toya dəvətnamələr paylamaqdadır. Amma o da əksər məşhurlar kimi həyatındakı bu əlamətdar günün mediada işıqlandırılmasını əngəlləyəcək. Yəni toya jurnalistlər buraxılmayacaqlar.