Yaralı əsgərlərimiz 1 aya vətənə qayıdırlar

yarali-esgerlerimiz-1-aya-vetene-qayidirlar
Oxunma sayı: 882


“Qafqazinfo” TTV-yə istinadən xəbər verir ki, hazırda vəziyyətləri qənaətbəxş olan əsgərlərimiz və onların yaxınları göstərilən qayğı və diqqətə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər. 

Ankarada, Atatürk Təhsil və Araşdırma Xəstəxanasında müalicə olunan əsgər Sərxan Tahirzadə isə artıq palataya köçürülüb. “Mən vətənimə görə, canımdan keçməyə hazıram. Təki vətən sağ olsun” deyən yaralı əsgər hər zaman vətənin keşiyində durmağa hazır olduğunu bildirib. Digər yaralı əsgər Elvin Əsgərov isə yaxın 2-3 gün ərzində palataya köçürüləcək. 

Həkimlər Ankara Təhsil və Araşdırma Xəstəxanasında müalicə olunan əsgər  Ədalət Məmmədovun vəziyyətinin də qənaətbəxş olduğunu söyləyirlər. Yaralıların vəziyyətinin getdikcə yaxşılaşdığını deyən əsgərlərin yaxınları da göstərilən diqqət və qayğıdan razılıqlarını bildirirlər.  Xəstəxanadan verilən məlumata görə, hazırda müalicələri davam edən əsgərlər yaxın bir ay ərzində vətənə qayıdacaqlar.