AzərTAc-ın bununla bağlı məlumatında deyilir ki, prezidentin rəsmi saytına müraciətlərin sayı getdikcə artır və bunlar nəzərə alınaraq sayt mütəmadi olaraq dizayn və struktur baxımından təkmilləşdirilir.
Bu dəfə də son internet texnologiyaları əsasında yeniliklər aparılaraq saytın dizaynı hazırlanıb. İndi saytda prezidentin keçirdiyi görüşlərdən, iştirak etdiyi tədbirlərdən fotoşəkillərə daha böyük ölçüdə baxmaq mümkündür.
Yeni tərtibatlı saytda həmçinin “Azərbaycan: 2020 - Gələcəyə baxış” inkişaf konsepsiyası yer alıb.
Son xəbərlər
Son Xəbərlər