Narkotik bitkini dövlət qoruğunda əkibmiş...

narkotik-bitkini-dovlet-qorugunda-ekibmis
Oxunma sayı: 755


“Qafqazinfo”nun məlumatına görə, reyd zamanı Qoruğun Balakən rayon inzibati ərazisinə aid olan Gərəkli sahəsinin 9 saylı dolayında 0.06 hektar sahədə narkotik xassəli bitki olması güman edilən 101 ədəd bitki kolunun əkilib-becərilməsi faktı aşkar olunub. 

Faktla bağlı dərhal Balakən rayon Polis Şöbəsinə məlumat verilib və hazırda araşdırma aparılır. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən reydlər davam etdirilir.