Əldə etdiyimiz məlumata görə, namizədlər sırasında Avropada “Azərbaycanın Dostları” cəmiyyətinin sədri Elman Mustafazadənin adı hallanır. Onun namizədliyini təşkilatın gənclik qanadı irəli sürüb və təkidlə nümayəndəsini müdafiə etməkdədir. Məlumata görə, E. Mustafazadənin Avropa təmsilçiliyinə rəhbər gətirilməsinə narazı olanlar da var. Onun həddən artıq qərbpərəst, bəzi milli məsələlərdə isə radikal movqeli olduğu bildirilir. Bundan əlavə Diasporla İş üzrə Dövlət Komitəsi də E.Mustafazadənin Avropa təmsilçiliyinə rəhbər təyin edilməsindən olduqca narahatdı.
Elman Mustafazadə isə heç nədən xəbərinin olmadığını deyir: “Yalnız məni bu günlərdə Moskvaya söhbətə dəvət ediblər. Məni bu vəzifəyə təyin etsələr də, etməsələr də mənim üçün heç nə dəyişmir. 23 ildir diaspor işi ilə məşğulam və bundan sonra da öz xalqıma və dövlətimə xidmət edəçəm”.
Xatırladaq ki, Milli Azadlıq Hərəkatının fəallarından olan Elman Mustafazadə 1990-cı ildə Polşaya mühacirət edib, 2000-ci ildən isə Hollandıyaya köçüb.