Metroda qatarın altına kimsə düşsə...

metroda-qatarin-altina-kimse-dusse
Oxunma sayı: 2735


Əgər gözünüzün önündə qatar yoluna adam yıxılıbsa, bu zaman sərnişin platformasında olan istənilən metropoliten əməkdaşına, metro polisinə müraciət etmək və ya SOS qurğusu ilə qatar dispetçerinə xəbər vermək lazımdır. Yaxınlıqda metropoliten əməkdaşı yoxdursa yaxınlaşmaqda olan qatara əlin dairəvi hərəkəti ilə DAYAN işarəsi göstərməklə qatarı saxlamağa çalışmalısınız.

Əgər siz yola yıxılmısınızsa, bununla belə sərbəst hərəkət edə bilirsinizsə, ilk növbədə qatarın hansı tərəfdən gələcəyini təyin etməlisiniz. Ayağa qalxaraq platformanın kənarına yaxınlaşmadan, qatarın hərərkəti istiqamətində, platformanin əvvəlində iki relsin arasında yerləşən, qatarın birinci vaqonunun dayandığı yeri göstərən ağ-qara rəngə boyanmış hüdud tamasasının (reykasının) arxasına keçib dayanaraq metropoliten əməkdaşlarının sizi xilas edəcəyini gözləməlisiniz. Heç bir halda ayağınızı platformanın altında yerləşən təmas relsinin qoruyucu örtüyünün üzərinə qoymayın bu həyat üçün təhlükəlidir. Yalnız bu halda siz təhlükəsizlikdəsiniz!

Əgər siz yıxılan zaman hərəkətinizi mümkünsüz edən travma almısınızsa və ya artıq qatarın yaxınlaşmağını görürsünüzsə, bu zaman başı qatara tərəf, üzü aşağı vəziyyətdə relslər arasında yerləşən boşluğa (kanavaya) uzanmalısınız. Yalnız bu halda hərəkətdə olan qatar sizə heç bir xətər yetirməyəcək!

Maşınist və ya stansiya işçiləri köməyinizə gələnə qədər bu vəziyyətdə uzanmalısınız. Bilməlisiniz ki sizi oradan çıxarmayınca qatar hərəkət etməyəcək. Qatarın altında olan zaman platformanın kənarına doğru hərəkət etmək, sərbəst qatarın altından çıxmağa cəhd etmək və vaqonun hissələrinə toxunmaq qəti qadağandır!!! Sadaladığımız hissələr 825 volt gərginlik altinda ola bilər! ANSPress