Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Zərdabın icra başçısı Lütvəli Babayev bildirib. Onun sözlərinə görə, oğlunun ölümlə nəticələnən yol qəzası törətməsi həqiqətə uyğun olmayan bir iddiadır. İcra başçısı bu xəbərə görə məhkəməyə müraciət edə biləcəyini deyib. L. Babayev bildirib ki, onun barəsində bəzi mətbuat orqanları indiyə kimi dəfələrlə qeyri-etik, həqiqətə söykənməyən xəbərlər dərc edib: “Mən düşünürəm ki, bir gün bu sifarişli yazıları yazdıranlar özləri utanacaq”.