Məhkumlar - Video

mehkumlar-video
Oxunma sayı: 955

“Qafqazinfo”nun məlumatına görə, "Məhkumlar" adlanan teleserialın rejissoru və baş produseri Yaşar Əhmədov, ssenari müəllifi is Vüsal Nurudur. Serialda cəmiyyətdə baş verən sosial problemlər: ailədaxili zorakılıq,erkən nikahlar,yaxın qohum nikahları, valideyn - övlad münasibətləri kimi ciddi sosial problemlər öz ekran həllini tapıb. Serialın ilkləri sözün əsl mənasında saymaqla bitmir.

İlk dəfə Azərbaycanda çəkilən bir teleserialın internet portalı (www.mahkumlar.az) fəaliyyətə başlayıb. İlk dəfə teleserialın tanıtim filmi ayrıca filmin bölümlərindən olan fraqmanlardan istifadə edilmədən hazırlanıb. Bundan başqa ilk dəfə Azərbaycanda jön obraz yaratmaq məqsədi ilə teleserialın əsas qəhrəmanı Adil obrazının ifaçısı İlkin İbayev xüsusi olaraq Avstriyadan ölkəmizə dəvət olunub. Teleserial 4 oktyabr 2012 -ci il tarixində saat 19:30 da ATV telekanalının efirində olacaq.

Aynur Babayeva