İslam Kərimov Azərbaycana gəlir

islam-kerimov-azerbaycana-gelir
Oxunma sayı: 1380

SalamNews xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat verib.

Bildirilib ki, iki gün davam edəcək səfər müddətində Özbəkistan prezidenti Bakıda bir sıra görüşlər keçirəcək. Onun Prezident İlham Əliyevlə təkbətək və geniş tərkibədə görüşü olacaq. Görüşlərdə dövlət başçıları ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edəcək, aktual regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparacaqlar. Yekunda Birgə Bəyənnamə və bir sıra sənədlər imzalanacaq.

Ölkə başçıları mətbuat qarşısında bəyanatla çıxış edəcəklər.

Özbəkistan prezidenti Bakıya səfəri zamanı Azərbaycan-Özbəkistan biznes forumunda iştirak edəcək. İ.Kərimov səfər çərçivəsində Azərbaycanla yaxından tanış olmaq məqsədi ilə bir sıra yerləri ziyarət edəcək.