“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün günorta saatlarında Cəlilabad rayonunun Sabir küçəsində baş verib. Rayon sakini 18 yaşlı Vahid Qarayev həyətdəki inəyin qarşısından keçərkən onun hücümuna məruz qalıb. Aldığı xəsarətdən gənc huşunu itirib.
Vahid Qarayev təcili tibbi yardım avtomobili ilə Cəlilabad Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, xəstənin döş qəfəsində çoxsaylı sınıqlar var. Hazırda onun vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.
Azər
Son xəbərlər
Son Xəbərlər