Fidel Kastro öldü - Cəsədi yandırılacaq

fidel-kastro-oldu
Oxunma sayı: 3745

Kuba inqilabının lideri Fidel Kastro 90 yaşında dünyasını dəyişib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə lideri Raul Kastro məlumat verib. Onun sözlərinə görə, vəsiyyətə uyğun olaraq Kastronun cəsədi yandırılacaq. 

Qeyd edək ki, keçmiş Kuba lideri Fidel Kastro 30 il ərzində Dövlət Şurası və Nazirlər Şurasının sədri, həmçinin Kuba Milli Müdafiə Şurası və Silahlı Qüvvələrin baş komandanı olub.

Səhhəti pisləşdikdən sonra 2006-cı ilin iyulunda səlahiyyətlərini qardaşı Raul Kastroya ötürüb.