Ermənistan və İran arasında vizasız gediş-gəlişə başlanıb

ermenistan-ve-iran-arasinda-vizasiz-gedis-gelise-baslanib
Oxunma sayı: 720

Ermənistan və İran arasında viza rejiminin ləğvinə dair Memorandumun tətbiqinə başlanılıb.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyi (XİN) prosesə avqustun 11-dən başlanıldığını açıqlayıb.

Ermənistan XİN-in məlumatında deyilir ki, Memoranduma əsasən, Ermənistan və İran vətəndaşları digər ölkənin ərazisində vizasız 90 gün qala bilərlər.