Dövlət qulluğuna imtahanlar keçirildi

dovlet-qulluguna-imtahanlar-kecirildi
Oxunma sayı: 664

Keçirilən test imtahanının nəticələrinə dair mətbuata Komissiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, 97 dövlət orqanı üzrə 888 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan olunan müsabiqədə iştirak üçün komissiyada 5286 namizəd qeydə alınıb. Onlardan 1258 nəfəri (bütün namizədlərin 23.80%-i, test imtahanında iştirak edən 4059 namizədin 30.99%-i) qanunvericiliyə müvafiq olaraq müsabiqənin ilk mərhələsini uğurla başa vurmuşdur. Test mərhələsini uğurla başa vuran namizədlərdən
-535 nəfəri 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb.
-392 nəfəri 8 və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb.
-331 nəfəri 6 və ya 7-ci təsnifat inzibati vəzifələrə iddia etsə də bu vəzifələr üzrə keçid balını toplamayıb, lakin 8 və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını toplaya bilib.

Namizədlərdən 1227 nəfəri (bütün namizədlərin 23.21%-i) test imtahanında iştirak etməyib.
Test imtahanının nəticələri test imtahanı başa çatdıqdan dərhal sonra namizədlərin nəzərinə çatdırılıb və Komissiyasının rəsmi internet saytında da yerləşdirilib.
Test imtahanının nəticələrinə görə daha çox namizədin uğur qazandığı dövlət orqanları bunlardır:
-Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – 40 yerə qarşı qeydə alınmış 1011 namizəddən 178-i test imtahanından uğurla keçib;
-Əmlak Məsələləri Dövlət Komitəsi – 133 yerə qarşı qeydə alınmış 367 namizəddən 135-i test imtahanından uğurla keçib;
-Dövlət Sosial Müdafiə Fondu – 131 yerə qarşı qeydə alınmış 406 namizəddən 112-si test imtahanından uğurla keçib;
-İqtisadi İnkişaf Nazirliy - 24 yerə qarşı qeydə alınmış 551 namizəddən 89-u test imtahanından uğurla keçib;