Çingiz Fərəcov vəfat etdi

cingiz-ferecov-vefat-etdi
Oxunma sayı: 4824

Azərbaycanın tanınmış mütəxəssis, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) “Azalternativenerji” MMC-nin Texnologiya şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışan Çingiz Fərəcov vəfat edib.

Qafqazinfo” xəbər verir ki, ABOEMDA-nın mətbuat xidmətinin rəhbəri Rübabə Sahibin APA-ya verdiyi məlumata görə, Ç. Fərəcov bir neçə saat öncə ürək tutmasından iş yerində dünyasını dəyişib.

Qeyd edək ki, Ç.Fərəcov bundan əvvəl Milli Məclisin şöbə müdiri, Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri vəzifəsində çalışıb.

"Qızıl qələm" mükafatı laureatı olub. Ailəli olub, üç qızı və altı nəvəsi var.

Allah rəhmət eləsin!