Bu evi bank dağıdıb?- - Açıqlama

bu-evi-bank-dagidib-
Oxunma sayı: 1903


“Qafqazinfo”nun verdiyi xəbərə görə, qeyd olunur ki, ailə Qafqaz İnkişaf Bankından 8 min manat kredit götürüb. Vaxtında pulu ödəmədiyinə görə Bank işçiləri zorla giriblər evə, ailə üzvlərini atıblar çölə və bütün mənzili dağıtmağa başlayıblar. Mənzil sahibləri olan borcların ödəmək istədikləri təqdirdə Bank bunu rədd edərək mənzilin artıq 15 000 manata satıldığını deyir. Hadisə Sumqayıtda 36 Kv 5/11 M.31-də ünvanında baş verib.

Qafqaz İnkişaf bankının Sumqayıt filialından “Qafqazinfo”ya verilən açıqlamada bildirilib ki, həmin ev bir neçə il öncə satılıb: “Ev 2011-ci ilin iyulun 24-də hərraca çıxarılıb. Həmin vaxt da başqa bir fiziki şəxs tərəfindən alınıb. 2011-ci ildən bəri o evin banka heç bir aidiyyatı yoxdur”.

Murad Əhməd