"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov Trend-ə bildirib ki, yanğın vağzalın zirzəmisində baş verib. İlkin ehtimala görə, yanğına elektrik xətlərindəki qısa qapanma səbəb olub.
Yanğın zamanı idarənin işçiləri binadan təxliyyə olunublar.
Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları yanğının qarşısını alıblar.