“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, layihə üçün nəzərdə tutulan investisiyanın həcmi 2 milyard avrodan çoxdur. “Hermitage” qrupu martın əvvəllərində “Hermitage Plaza” adlı çoxfunksiyalı kompleksin tikintisi üçün yekun icazəni alıb. Bu barədə qrupun rəhbəri Emin İsgəndərov məlumat verib.
Qeyd edək ki, qrup 2007-ci ildən Parisdə Avropanın ən hündür – 323 metrlik binasının tikintisinə icazə almağa çalışıb. Artıq Hermitage Plaza layihəsində qüllənin hündürlüyünün bir qədər azaldılaraq 320 metr olacağı bildirilib. İsgəndərov 2 milyard avroluq dəyəri olan layihə üçün hazırda 200 milyon avro xərcləndiyini deyib.
Parisdəki məşhur Eyfel qülləsinin də hündürlüyü 300 metrdir.
Səidə