Azərbaycanda azyaşlı qız zorlandı

azerbaycanda-azyasli-qiz-zorlandi
Oxunma sayı: 6300


ANS PRESS-in verdiyi məlumata görə, Ucar sakini hədd-buluğa çatmayan qızla cinsi əlaqədə olduğu üçün həbs edilib. Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayon mərkəzində baş verib. Ucar şəhər sakini 25 yaşlı Məlikov Taleh Mirsahib oğlu 8-ci sinif şagirdi olan 14 yaşlı qızla cinsi əlaqədə olduğu üçün Ucar rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. 

Faktla bağlı Ucar rayon polis şöbəsində cinayət məcəlləsinin 152-ci maddəsi (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) ilə cinayət işi açılıb.