Aygün-Röya davasının əsl səbəbi məlum oldu

aygun-roya-davasinin-esl-sebebi-melum-oldu-
Oxunma sayı: 1322

Belə ki, iki müğənni toyda oynamaq üstündə dava ediblər. Bu barədə “Qafqazinfo”ya A. Kazımovanın prodüseri Tolik deyib. Prodüserin sözlərinə görə, oynayan zaman onlar bilmədən biri-birilərinə toxunublar. Bu da illərdir küsüb barışan xanım müğənniləri qıcıqlandırıb: “Mən həmin vaxt toyda deyildim. Dünən ad günüm idi. Toyun əvvəlində bir az oturub sonra çıxdım. Ona görə ətraflı məlumatım yoxdur. Bildiyim bunlardır. Orada olsaydım, heç qoyardım onlar dalaşsınlar?”.

Tolik davanın digər səbəbi kimi, Röyanın toyda Aygünə salam verməməsini əsas gətirib.

Qeyd edək ki, Aygün Kazımova Day.az saytına Kamilə Babayevanın toyunda Röya ilə dalaşması haqqında belə açıqlama verib: “Nə yazırlar? Məni döyüblər? Orada məndən başqa yüzlərlə qonaq var idi. Qoy onlar danışsınlar ki, hadisə necə olub. Röya sadəcə mənimlə yaradıcı rəqabət apara bilmədiyindən fiziki güc tətbiq etmək məcburiyyətindədir”.

Röya toyda cəmi yarım saat oturub. Ondan sonra onu görən olmayıb. Aygün Kazımova isə insidentdən sonra heç nə olmayıbmış kimi toyda iştirak edib. Kamilə Babayeva baş verənlərdən xəbər tutub və çox əsəbiləşib.

Nigar Məmmədli