Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının vəkili Osman Kazımov deyib. O, bildirib ki, hal-hazırda müraciətin cavabını gözləyirlər: “Mən indi kolondayam, bizə deyirlər ki, gözləyin”.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqə şöbəsinin rəisi Mehman Sadıqov isə bildirib ki, Arif Hacılının müraciəti ilə bağlı onda heç bir məlumat yoxdur: “Müraciət olunarsa, mütləq baxılacaq”.
Milli Məclisin üzvü, hüquq müdafiəçisi Çingiz Qənizəda isə “Qafqazinfo”ya bildirib ki, bu axşam Novella Cəfəroğlu, Səidə Qocamanlı onunla əlaqə saxlayıblar və Hüquq Müdafiə Təşkilatlarının Monitorinq qrupu adından A. Hacılının anasının dəfnində iştirakının təmin olunması ilə bağlı müvafiq qurumlara müraciət müzakirə olunub: “Bu gün səhər lazımı orqanlarla əlaqə saxlanılıb. Düşünürəm ki, yaxın bir saat ərzində Arif Hacılının anasının dəfnində iştirakına müsbət cavab veriləcək. Bu təcrübə Azərbaycanda var və cəmiyyət tərəfindən müsbət qarşılanır. Eyni zamanda Arif Hacılının son günlər prezidentə etdiyi müraciətin təhlilləri göstərir ki, onunla bağlı fərqli yanaşma tətbiq olunmalıdır”.
Qeyd edək ki, dünən Arif Hacılının anası vəfat edib.
Sədan
Son xəbərlər
Son Xəbərlər
