"Qafqazinfo" AFFA-ya istinadən xəbər verir ki, iclasda “Araz Naxçıvan”ın fəaliyyətini dayandırması ilə bağlı Peşəkar Futbol Liqasına 11 noyabr 2014-cü il tarixli müraciəti müzakirə olunub və aşğıdakı qərar qəbul edilib:
“Araz Naxçıvan” klubu 2014/2015-ci il mövsümündə Topaz Premyer Liqasından və ölkə kuboku oyunlarından xaric edilsin. Klub oyunların 50 %-dən azında iştirak etdiyi üçün bütün oyunlardakı nəticələri ləğv edilsin. Bu qərar əvəzedici komandaya da şamil edilsin.
Son xəbərlər
Son Xəbərlər