ANS Müstəqil Yayım və Media Şirkətindən daha bir istefa xəbəri yayıldı. Şirkətə daxil olan ANS ÇM radiosunun baş redaktoru Mətanət Əliverdiyeva radiodakı işindən istefa verib. Bu barədə “Qafqazinfo”ya xəbər verən M. Əliverdiyeva deyib ki, o artıq 106.3 radiosunda çalışmağa başlayıb. O, rəhbərliyin işçilərə qarşı münasibətindən narazı olduğunu bildirib: “Bu istefa rəhbərliyin 18 ildir bu teleşirkətdə işləyən işçiyə verilən “qiymətə” görə oldu”.
Qeyd edək Ki, teleşirkətdə əməkdaşların maaşlarının azaldıldığı bildirilir.
***
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, M. Əliverdiyevanın istefasına onun əməkhaqqının kəsilməsi olub. Belə ki, o, “Unibank”ın reklam rolikini səsləndirib. Bunun müqabilində isə qonarar alıb. ANS səlahiyyətliləri isə rəhbərliklə razılaşmadan onun başqa layihədə iştirak etdiyini əsas gətirərək əməkhaqqını azaldıb. Bundan başqa aparıcını radiodakı işdən çıxararaq aşağı ranqlı işə təyin edib. Bundan narazı qalan M. Əliverdiyeva teleşirkətlə əməkdaşlığına son verib.
Son xəbərlər
Son Xəbərlər