Aksiya olmayacaq

aksiya-olmayacaq
Oxunma sayı: 713

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında qəzetin əməkdaşı Coşqun Calaloğlu bildirib. Onun sözlərinə görə, redaksiyada bu mövzu ilə bağlı müzakirə aparılmayıb: “Hazırda iş başındayıq. Belə xəbərlərin yayılması həqiqəti əks etdirmir. Belə ucuz və heç bir mənbəyə əsaslanmayan məlumatlar yaymaq lazım deyil. Belə bir hadisə baş verməyəcək. Redaksiyada normal iş rejimi hökm sürməkdədir”.

C.Calaloğlu bildirib ki, redaksiyada müəyyən maliyyə problemlər var, amma bu, bəzi mətbuat orqanlarının təqdim etdiyi qədər ciddi deyil: “Redaksiyadakıların hamısı yaranmış vəziyyəti anlayır və hamılıqla problemdən çıxış yolu axtarılır. Əməkdaşlar arasında heç bir parçalanma yoxdur. Başa düşürük ki, çətinliklərin öhdəsindən birlikdə gələ bilərik”.

Xatırladaq ki, bəzi saytlarda “Mərkəz” qəzetində əmək haqqısını ala bilməyən əməkdaşların aksiyaya hazırlaşdığı barədə informasiya yayılıb.