Milli.Az xəbər portalı bildirir ki, "2011-ci ilin ən yaxşı müğənniləri" reytinqinin lideri britaniyalı Adeldir. 23 yaşlı müğənniyə həsr olunmuş məqalə "2011-ci il Adelin ilin oldu" sözləri ilə başlayır.
"Billboard"un "İlin albomu" adlandırdığı "21" albomu satışa çıxandan sonra Adelin bu mahnılar toplusu dünyada 13 milyon tirajla satılıb.
"2011-ci ilin ən yaxşı 100 mahnısı" reytinqinə bu albomdan "Rolling in the Deep" mahnısı liderlik edir.
"Billboard" reytinqində R&B və hip-hop kateqoriyasında liderlər Lil Ueyn və Niki Minaj, ən yaxşı rok-qrupların siyahısının liderləri isə "Mumford & Sons", "Foster the People" və "Coldplay"dir.
"Billboard" jurnalının "2011-ci ilin ən yaxşı musiqiçiləri" reytinqinin ilk onluğu belədir:
1. Adel
2. Rianna
3. Keti Perri
4. Ledi Qaqa
5. Lil Ueyn
6. Bruno Mars
7. Niki Minaj
8. Teylor Svift
9. Castin Biber
10. Kris Braun.
Son xəbərlər
Son Xəbərlər