Namiq Qaraçuxurlu nənəsini itirdi

namiq-qaracuxurlu-nenesini-itirdi-
Oxunma sayı: 2187


“Qafqazinfo” Axşam.az-a istinadən xəbər verir ki, sənətçinin nənəsi dünyasını dəyişib. N.Qaraçuxurlu açıqlamasında nənəsinin iki ildir xəstə olduğunu deyib: "Nənəmin 97 yaşı var idi. Son illər yataq xəstəsiydi. Ağrıları olurdu. On gündür dünyasını dəyişib. İnstagram-da paylaşım etmişdim ki, həyatımda baş verən hadisəyə görə uzun müddət paylaşım etməyəcəm. Bundan sonra da bir neçə gün şəkil yayımlamayacam. Efirlərə onsuz gec-gec çıxırdım. Yasda olduğum üçün bir müddət də ara verəcəyəm".