Müğənni İşın Karacanın eks-həyat yoldaşı Sedat Doğanla bağlı yeni bir iddia ortaya atılıb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, klipmeyker və fotoqraf Doğanın iş yoldaşı Ali İhsan Haykır sosial şəbəkədə paylaşım edib.
O, Sedatı oğurluq etməkdə günahlandırıb:
“Dostlar, məlumatlandırmaq üçün yazıram. Fotoqraf və klipmeyker Sedat Doğan bizdən 2 notbuk, 2 bahalı fotomakera və digər lazımı avadanlıqları götürərək itkin düşüb”.
Xatırladaq ki, İşın Karaca Sedat Doğanla 2011-ci ildə evlənmiş, 2013-cü ilin noyabrnda boşanmışdı. Cütlüyün Sascha Mia adlı qızları var.
Məşhur müğənni hazırda Tuğrul Odabaşla sevgilidr.
Son xəbərlər
Son Xəbərlər