Məşhur gey modelyer kişi sevgilisindən danışdı

meshur-gey-modelyer-kisi-sevgilisinden-danisdi
Oxunma sayı: 6242


“Qafqazinfo”Türkiyə mətbuatına istinadən xəbər verir ki, özəl həyatı ilə bağlı maraqlı açıqlamalar verən modelyer kişi sevgilisindən danışıb: 

"Mən ailəmə çox bağlıyam. Öz şəxsi həyatımı da bu çərçivədə yaşayıram. Səmimi dostum olan Bəkir (hər kəs onunla əlaqəm olduğunu düşünürdü) keçən il vəfat etdi.  30 il idi ki, birlikdəydik. Onunla münasibətimi gizlətmək üçün bir çox oyunlar oynadım. Əsl həyat yoldaşımı keçən il noyabrın 12-si, ya da 13-də itirdim. Adını gizli saxlayıram.  Vəfat etdikdən sonra bütün birlikdə olduğumuz şəkilləri yandırdım. 1 dənəsini saxladım, onu da bankın kassasına qoydum. O da evli idi. Bərabərliyimizin 14-cü ilində evləndi. Keçən il vəfat edəndə  58 yaşındaydı. Yəni məndən 6-7 yaş böyükdür. Məcbur olduğu  üçün evləndi. İki uşağı oldu. 6-da mənim yanıma gəlib, gecə 12-də evə gedirdi. Bir gün yanıma gəldi. Dedi ki, qızım məni qucaqlayıb soruşur ki, yenə gec gələcəksən? Mən o gün bir qərar verdim, həyatda hər şeyi yaşamağa haqqım var, amma uşaqların həyatını məhv etməyə haqqım yoxdur. 3 gün xəstə yatdım və ondan sonra 14 ildə 1 dəfə gördüm. O hər gün telefonla zəng edirdi. Sonuncu dəfə  vəfatından bir həftə əvvəl zəng edəndə cavab verdim. Halallaşmaq üçün danışdım,  ömür boyu onu sevdim, hələ də çox sevirəm”. 

Könül