“Bənövşəyi xətt” üzrə növbəti metro stansiyası 2018-ci ildə istifadəyə veriləcək.
"Qafqazinfo" xəbər verir ki, bu barədə AzərTac-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
O bildirib ki, hazırda “Bənövşəyi xətt” üzrə inşa edilən, hələlik B-3 adlandırılan stansiya Cəlil Məmmədquluzadə küçəsində, Silahlı Qüvvələrin Mərkəzi Hərbi Hospitalının qarşısındakı stansiyadır: "Stansiya 2018-ci ildə istifadəyə veriləcək. Yeni stansiya "Avtovağzal" və "Memar Əcəmi" stansiyalarının hərəkət etdiyi “Bənövşəyi xəttin” davamıdır", - deyə N.Paşayev vurğulayıb.
Son xəbərlər
Son Xəbərlər