Yaponlar Günəşin diametrini dəqiq ölçdülər

yaponlar-gunesin-diametrini-deqiq-olcduler
Oxunma sayı: 678

“Azerimuslims.com” Rusiya mətbuatına istinadən bildirir ki, Yaponiya Milli Müşahidə Mərkəzinin mütəxəssisləri bir neçə gün əvvəl baş verən Günəş tutulması zamanı planetin diametrini dəqiq hesablaya biliblər.

Rusiya mətbuatının yazdığına görə, yapon astronomlar Günəşin diametrini dəqiq hesablamaq üçün tutulmanın son mərhələsində ortaya çıxan optik effektlərdən istifadə ediblər.

“Tutulmanın son mərhələsində Günəşin və Ayın diskləri üst-üstə düşür. Ancaq Günəş şüaları Ayın relyefinin qeyri-bərabər olmasından dolayı “sınır”. Bu “sınıq”lar isə parlaq qırmızı xallar kimi görünür”, - deyə tədqiqat qrupunun rəhbəri prof. Mitsumo Somo müsahibəsində deyib.

Prof. Somo araşdırmalar nəticəsində Günəşin diametrinin 1 milyon 392 min 20 km təşkil etdiyinin müəyyən olunduğu bildirib.