Türkiyədə yaşayan Səməd İlgün Samirə adlı azərbaycanlı qızla Türkiyədə toy etməyə hazırlaşdığını və adıçəkilən qızın birdən-birə yoxa çıxdığını iddia edir.
“Qafqazinfo” xəbər verir ki, Səməd İlgün bununla bağlı Femida.az-a danışıb. O, deyir ki, Samirə gedərkən 3500 dollar pul, qızıl-zinyət əşyaları və gəlinlik paltarını da özü ilə aparıb:
“Dənizlinin Acıpayam Gümüş məhəlləsində yaşayıram. Türkiyədə toy mərasimində Samirə Namazova adlı qadınla tanış oldum. Qız Azərbaycanın Goranboy rayonundandır. Bir-birimizi sevdik. Nəhayət, bir müddət keçdikdən sonra evlənmək qərarına gəldik. Hər şeyi, hətta gəlinlik paltarını belə almışdım. Toya hazırlaşırdıq. Lakin toy günü Samirə birdən-birə yoxa çıxdı. Gedərkən 3 min dollar pul, aldığımız qızıl-zinyət əşyalarını və gəlinlik paltarını da özü ilə aparıb”.
Səməd qızın tapılması üçün kömək istəyir: “Xahiş edirəm, o qızı tapmaqda mənə köməklik göstərin. Bildiyimə görə, Azərbaycanda gözəllik salonu işlədir. Anasının adı Hicrandır. Nənəsi isə Türkiyədə yaşayır”.