TQDK vaxtı uzatdı - - Sabah son gündür-Yenilənib

tqdk-vaxti-uzatdi-
Oxunma sayı: 2162


"Qafqazinfo" TQDK-ya istinadən xəbər verir ki, İxtisas seçimini yekunlaşdırmayan abituriyentlərdən xahiş olunur ki, göstərilən vaxta qədər bu işi başa çatdırsınlar. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.

2014-cü il 5 avqust saat 10:00-a olan məlumata görə 35621 abituriyent qəbul olmaq istədiyi ixtisasları seçərək öz elektron ərizəsinə daxil edib təsdiqləyib.

Qeyd edək ki, ixtisas seçiminin nəticələri yaxın günlərdə elan olunacaq və bu haqda ilkin məlumatlar səhifəmizdə veriləcək.

***

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçiminin vaxtı 6 avqust saat 09:00-dək uzadılıb. 

İxtisas seçimini yekunlaşdırmayan abituriyentlərdən xahiş olunur ki, göstərilən vaxta qədər bu işi başa çatdırsınlar. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər. 

2014-cü il 5 avqust saat 15:30-a olan məlumata görə 35815 abituriyent qəbul olmaq istədiyi ixtisasları seçərək öz elektron ərizəsinə daxil edib təsdiqləyib.