TQDK seminarlar keçirəcək

tqdk-seminarlar-kecirecek
Oxunma sayı: 817


“Qafqazinfo”nun məlumatına görə,  seminarlar cari ildə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki təhlilini aparmaq, növbəti tədris ili üçün qəbul imtahanına hazırlıq işlərini həyata keçirmək, qəbul imtahanı üçün proqramları və testlərin tərtibini daha da təkmilləşdirmək məqsədi ilə təşkil olunur.

İnformatika, psixometriya (məntiqi təfəkkür) və xarici dillər (ingilis, fransız, alman, rus, fars və ərəb dilləri) üzrə keçirilən seminarlar oktyabrın 15-dən başlanacaq.

Seminarların iş qrafiki TQDK-nın internet saytında yerləşdirilib.

TQDK-nın binasında təşkil olunacaq seminarlarda iştirak etmək istəyən mütəxəssislər [email protected] elektron poçt ünvanına iştirak etmək istədikləri seminarın adını və özləri haqqında qısa məlumat yazıb göndərməklə qeydiyyatdan keçməlidirlər.