“Qafqazinfo” Komissiyanın saytına istinadən xəbər verir ki, qəbul imtahanı ərəfəsində bakalavrlara öz bilik səviyyələrini real qiymətləndirməyə imkan yaradan onlayn sınaq imtahanında suallar qəbul imtahanının birinci mərhələsi üzrə qəbul proqramı əsasında təqdim olunur. İmtahanda iştirak etmək istəyən bakalavrlar TQDK-nın virtual ödəmə kartını əldə etməlidirlər. Bu ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar.
Sınaq imtahanının bu gün axşam saatlarından etibarən həyata keçirilməsi nəzərdə tutulur. Bakalavrlar əldə etdikləri iş nömrəsi və şifrdən istifadə etməklə tqdk.gov.az internet saytının müvafiq səhifəsində qeydiyyatdan keçərək onlayn rejimdə sınaq imtahanı verə biləcəklər.