TQDK-nın adından saxtakarlıq edilib - - Açıqlama

tqdk-nin-adindan-saxtakarliq-edilib-
Oxunma sayı: 1158


“Qafqazinfo” xəbər verir ki, elanda “facebook” sosial şəbəkəsində TQDK adı ilə bir çox saxta səhifə və qrupların fəaliyyət göstərdiyi vurğulanır: “Həmin səhifələrdə imtahanlarla bağlı, qəbul kampaniyasının gedişi, eləcə də Komissiyanın fəaliyyətinə dair təhrif olunmuş, yanlış məlumatlar yerləşdirilir.

Nəzərinizə çatdırıq ki, TQDK-nın bundan başqa heç bir rəsmi “facebook” səhifəsi fəaliyyət göstərmir. Yalnız bizim səhifədə rəsmi məlumatlar verilir və istifadəçilərin suallarına doğru cavablar təqdim olunur. Sizdən xahiş edirik ki, TQDK adı ilə yaradılmış saxta facebbok səhifələrindən istifadə etməyəsiniz. Həmin saxta səhifələrin bir çoxunun adlarını sizə təqdim edirik:

1. TQDK sualları

2. TQDK tipli suallar

3. TQDK və magistratura

4. Araz, Zirvə, Hədəf və TQDK sualları

5.Test tapşırıqları-TQDK

6.Təhsil TQDK

7. TQDK və abituriyent

8. TQDK kitabları

9. TQDK tarix

10.Məntiq və TQDK

11. TQDK Azərbaycan

12. TQDK 2014 və 2015

13. TQDK-Bilik qiymətləndirilir”.