“Qafqazinfo” xəbər verir ki, bu barədə TQDK facebook səhifəsində məlumat yayıb. Nəticələr TQDK-nın rəsmi internet səhifəsində yerləşdirilib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 12-də I və IV ixtisas qrupunun abituriyentləri üçün keçirilmiş qəbul imtahanının nəticələrini elan edib. İmtahanda iştirak etmiş abituriyentlər nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrələrini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.
TQDK yaxın vaxtda müsabiqə şərtləri barədə məlumat verəcəyini açıqlayıb.