Tolerantlığa dair seminar-treninqlər davam edir

tolerantliga-dair-seminar-treninqler-davam-edir
Oxunma sayı: 737


“Qafqazinfo”ya daxil olan məlumata görə, növbəti treninq-seminar avqustun 22-də Oğuz şəhərində Oğuz, Şəki, Qəbələ rayonlarındakı müsəlman və digər dinləri təmsil edən dini icma rəhbərlərinin və fəallarının iştirakı ilə keçirilib.

Tədbirdə DQİDK, İƏT Gənclər Forumu, Milli Tolerantlıq Mərkəzi, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, dini icma rəhbərləri və rayon ziyalıları iştirak edib.  

Əvvəlcə “Azərbaycan - tolerantlıq məkanı” adlı video çarx nümayiş olunub.

Tədbirin açılışında çıxış edən İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzinin direktoru  Elçin Əsgərov bildirib ki, bu gün dünyada dinlərarası, məzhəblərarası münasibətlərdə bir sıra ölkələrdə gərginlik artsa da Azərbaycanın tarixi ənənələri dinlərin, məzhəblərin dinc yanaşı yaşamasına imkan verir. “Lakin dünyaya örnək ola biləcək bu modeli sarsırtmaq üçün müxtəlif qüvvələr ölkəmizdə, xüsusən məzhəblər arasında gərginlik yaratmağa cəhdlər edir. Bu isə əksər hallarda radikal meylli dini cərəyanların əli ilə həyata keçirilir. Tarixən ölkəmizdə mövcud olmayan, müstəqlilliyin ilk illərdə ölkəmizə sızmış bir sıra cərəyanlar, dini zəmində təfriqə yaratmağa cəhdlər göstərirlər. Lakin istər dövlət səviyyyəsində, istərsə də yerli dini icmalar tərəfindən bunun qarşısı alınır. Ancaq bu o demək deyil ki, biz sadəcə seyrçi mövqeyində qalmalıyıq. Düzgün dini maarifləndirmə işlərinin aparılması mühüm əhəmiyyət kəsb edir ki, insanlar bu cür zərərli cərəyanların təsirinə düşməsinlər”

DQİDK-nın Dini Qurumlarla İş  şöbəsinin müdiri Niyaz Yaqublu çıxışında qeyd edib ki, bu gün dövlət dini icmalar üçün hər cür şərait yaradır. Ancaq bu o demək deyil ki, bundan istifadə edən qüvvələrə göz yumulacaqdır. Tolerantlıq ənənələrini pozmağa cəhd edənlərə qarşı birlikdə mübarizə aparılacaqdır. Bu işdə dini icmalar dövlətlə birgə çalışmalıdır.

Milli Toleranlıq Mərkəzinin direktoru Elmin Əliyev bildirib ki, silsilə treninqlər avqust-sentyabr ayları ərzində davam etdiriləcəkdir. E. Əliyev onu da əlavə edib ki, bu seminar treniniqlərin Dövlət Komitəsi ilə birgə keçirilməsi dövlətin bu sahəyə olan diqqətinin göstəricisidir.