“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, 16 yaşlı qız duş qəbul etməyə qərar verib və özü ilə hamama mobil telefonunu da aparıb. Telefona enerji doldurmaq üçün cərəyana qoşub.
Bir neçə saat sonra qızın hamamdan çıxmadığını görən valideynlər narahat olmağa başlayır. Qızın anası vanna otağının qapısını sındırıb içəri girir və qızını ölmüş halda aşkar edir. Qızın əlində cərəyana qoşulmuş telefon olub.
Məhkəmə-tibb ekspertlərinin ilkin rəyinə görə qız elektrik cərəyanından ölüb. Hazırda araşdırmalar davam edir.
Son xəbərlər
Son Xəbərlər