“Qafqazinfo”nun məlumatına görə, “SOCAR Yay Məktəbi” layihəsinə bugünədək ümumilikdə 1.230 nəfər müraciət edib və onlardan 192-si layihənin iştirakçısı olub. Yay məktəbi müddətində iştirakçılar enerji sektorunun bütün sahələri haqqında şirkətin məsul şəxslərinin mühazirələrini dinləyir, praktiki məşğələlər keçirlər. SOCAR-ın idarə və müəssisələrinə təşkil edilən ekskursiyalar onların istehsalat prosesi ilə yaxından tanışlığına imkan yaradır. Bundan əlavə, layihə müddətində tələbələrin istirahəti üçün sosial proqramlar və intellektual oyunlar təşkil olunur.
2013-cü ildən etibarən SOCAR-ın prezidenti Rövnəq Abdullayevin təşəbbüsü ilə bu layihədə fərqlənən iştirakçıların şirkətin xaricdəki aktivləri ilə tanış olmaları məqsədilə həmin müəssisələrdə bir həftəlik təcrübə keçmələrinə başlanılıb. 2013-cü ildə layihədə fərqlənən iştirakçılar SOCAR-ın Türkiyədə, 2014-cü ildə isə İsveçrədə, Türkiyədə və Gürcüstanda fəaliyyət göstərən müəssisələrində təcrübə keçiblər. 2015-ci ildə həyata keçiriləcək yay məktəbi layihəsi zamanı intellektual oyunlar və prezentasiyalar keçirmək üzrə yarışlarda ilk üç yeri tutan komandalar seçimlərinə uyğun olaraq SOCAR-ın Türkiyə, Böyük Britaniya və İsveçrədəki müəssisələrinə, digər komandaların 10 nəfər ən yaxşı iştirakçısı isə Rumıniya və Gürcüstana səfər edəcəklər.
Son xəbərlər
Son Xəbərlər