Komissiyadan çərşənbə günü Trend-ə verilən məlumata görə, sınaq imtahanlarının nəticələri Komissiyanın internet saytında yerləşdirilib. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla "İmtahancell" (Azercell nömrələrindən), "Cavab" (Bakcell nömrələrindən) və "Imtahan-info" (Nar Mobile) xidmətləri vasitəsilə də öyrənə bilərlər.
Sınaq imtahanları Bakı, Naxçıvan, Gəncə, Tovuz, Qazax, Şəki, Zaqatala, Yevlax, Mingəçevir, Lənkəran, Ağcabədi, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Şirvan və Salyan şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında keçirilib.