Səhiyyə Nazirliyi “Qaynar xətt”inə daxil olan müraciətlərin sayını açıqladı

sehiyye-nazirliyi-qaynar-xettine-daxil-olan-muracietlerin-sayini-aciqladi
Oxunma sayı: 1661

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, daxil olmuş müraciətlərin 3682-si (908-i əsaslı, 2774-ü isə əsassız) şikayət, 2049-u – sorğu xarakterli, 403-ü aidiyyəti üzrə deyil, 1163-ü isə cari problemlərlə bağlı olub.

“Qaynar xətt” xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülüb.

Nigar Məmmədli