Qurban Bayramı- - Gəncədə

qurban-bayrami-
Oxunma sayı: 5363


“Qafqazinfo”ya daxil olan məlumata görə, bu müqəddəs  günlərdə dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin- amanlığı  üçün  dualar edilir, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Hər kəs doğmalarını səmimiyyətlə təbrik edir, ülvi arzularını, xoş düyğularını catdirir, kimsəsizləri, tənhaları , imkansızları yad edir, onları sevindirir, bayram hədiyyələri verir.

Ölkə Prezidenti İlham Əliyev  bir neçə gün bundan əvvəl doğma xalqımızı və bütün soydaşlarımızı  müqəddəs Qurban Bayramı münasibəti ilə təbrik edərək xeyirxah niyyətlərimizin, dua və diləklərimizin  gerçəkləşəcəyinə ümidvar olduğunu bildirib,  hamının ailəsinə xoşbəxtlik arzulayıb

Hər il olduğu kimi bu il də Gəncə şəhər rəhbərliyi Qurban Bayramının şəhərimizdə yüksək səviyyədə təşkil olunmasına ciddi səy göstərib, ilk növbədə, imtiyazlı ailələri,  şəhid ailələrini və imkansızları, tənhaları diqqətdə saxlayıb.  İcra Hakimiyyətinin  Başçısı  Elmar Vəliyev bütün gəncəlilərə  Bayram təbriklərini çatdırıb, onlara möhkəm cansağlığı, bol- bol ruzi -bərəkət, xoşbəxtlik və işlərində yeni-yeni uğurlar arzulayıb.

Bu gün şəhər İcra Hakimiyətinin rəhbəriliyi ilə Gəncənin daha sıx yaşayış massivlərində qurbanlar kəsilərək əhaliyə paylanıb. Dəmiryol vağzalı ərazisində,   Gülüstan, Yeni Gəncə  yaşayış massivlərində , Gəncədə və Hacıkənd qəsəbəsində  məskunlaşmış məcburi qaçqın və köçkünlərə, şəhid ailələrinə və əlillərə  ümumiyyətlə, minlərlə ailəyə qurban payları  verilib. Həmçinin, kimsəsizlərə,  Ahıllar evinə, Körpələr Evinə, Uşaq Evinə, Ağciyər Xəstəlikləri və Ruhi-Əsəb xəstəxanalarına, Dəmiryol xəstəxanasına, “İmamzadə” dini Kompleksinə, Məscidlərə və digər yerlərə bayram sovqatları göndərilib.