Keçən il Azərbaycanda nə tikilib? - - Siyahı

kecen-il-azerbaycanda-ne-tikilib-
Oxunma sayı: 1694


“Qafqazinfo” Komitənin saytına istinadən xəbər verir ki, 2014-cü ildə inşası davam etdirilən və yeni tikilən obyektlər üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin 6266.0 milyon manatından istifadə olunub və ilin əvvəlindən ötən vaxt ərzində ümumi sahəsi 1978.3 min kv.metr yaşayış evləri, 29230 şagird yerlik ümumtəhsil məktəbləri, növbədə 251 nəfərin qəbulu üçün nəzərdə tutulmuş ambulator-poliklinika müəssisəsi, 280 çarpayılıq xəstəxana, 1332 yerlik məktəbəqədər təhsil müəssisəsi, 294 yerlik klub, Bakı şəhərində “Norm” sement zavodu, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yeni Gəmi inşası zavodu, Asfalt zavodu, Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni Aerovağzal Kompleksi, Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksi, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalı, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasının və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binaları, Respublika İdman, Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun binası, Suraxanı Günəş Elektrik Stansiyası, Sağlamlıq Mərkəzi, Milli Gimnastika Kompleksi, müxtəlif səviyyəli yol qovşaqları, Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik Stansiyası, Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi, Gənclər Mərkəzi, Sumqayıt şəhərində Azərbaycan kağız və karton istehsalat kombinatı, Yağ fabriki, Mis emalı zavodu, Gəncə şəhərində Metaltökmə və fasiləsiz yayma zavodu, Təzyiqlə emal və boyama zavodu, Şirvan şəhərindəKür çayı üzərində körpü, Naftalan şəhərində “Qarabağ SPA and Resort” Otel Kompleksi,Abşeron rayonunda Şahmat və Musiqi məktəbləri, Stadion, Ağdaş rayonunda Yem zavodu və Meyvə emalı zavodu, “Ağdaş” Elektrik yarımstansiyası, Beyləqan rayonundaŞahmat məktəbi, Şəhər stadionu, Birinci Şahsevən - Əhmədli - Dünyamalılar kəndlərarası avtomobil yolu, Daşkəsən rayonunda Avtovağzal Kompleksi, Füzuli rayonunda Tikiş fabriki,Əhmədalılar-Mollaməhərrəmli-Arayatlı-Babı kəndlərarası avtomobil yolu, Goranboy rayonunda Goranboy-Yuxarı Ağcakənd avtomobil yolu, Göygöl rayonunda Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, İmişli rayonunda Hacıqabul - Bəhrəmtəpə avtomobil yolunun Bulaqlı-Bəhrəmtəpə hissəsi, İsmayıllı rayonunda Çörək istehsalı zavodu, Qəbələ rayonunda “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsi, “Qafqaz Yengicə Termal Hotel və SPA” otel kompleksi, Lənkəran rayonunda Çörək istehsalı zavodu, Şamaxı rayonunda “Şamaxı Palace Platinum By Rixos” oteli, Şəmkir rayonunda Çörək zavodu, Şəmkirçay üzərində Su anbarı və Su Elektrik Stansiyası və s. obyektlər istifadəyə verilib.