Bakı Ali Neft Məktəbinin rektoru (BANM) Elmar Qasımov Indoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani ilə görüşüb. Rektor Elmar Qasımov qonağı salamlayaraq onu görməkdən məmnun olduğunu bildirib.
"Qafqazinfo" xəbər verir ki, Azərbaycan və İndoneziya arasında əlaqələrin iqtisadi-ticarət, turizm və təhsil sahələrində inkişafından söz açan rektor, BANM-in yaranma tarixi və fəaliyyət istiqamətləri haqqında səfirə məlumat verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılan Ali Məktəbdə qısa müddət ərzində görülən işlər və islahatlardan danışaraq Elmar Qasımov tədris prosesi, tələbələr üçün yaradılan imkanlar və beynəlxalq əlaqələrdən bəhs edib. Elmar Qasımov BANM-in dünyanın müxtəlif aparıcı ali təhsil ocaqları, həmçinin beynəlxalq şirkət və qurumları ilə əlaqələrindən də söz açıb.
Indoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani səmimi qəbula görə təşəkkür edib. Səfir BANM ilə Indoneziyanın ali təhsil müəssisələri arasında əməkdaşlığın perspektiv inkşafının hər iki ölkə arasında təhsil əlaqələrinin genişlənməsinə yol açacağını bildirib. Səfir BANM-in əməkdaşlarını və tələbələrini noyabrın 19-20-də Bakıda təşkil ediləcək İndoneziya Mədəniyyət Festivalına dəvət edib.
Görüşdə, o cümlədən gələcək əməkdaşlıq, tələbə-müəllim mübadiləsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda rektor Elmar Qasımov səfirə BANM-in “Fəxri qonaq” diplomunu təqdim edib.
Son xəbərlər
Son Xəbərlər
.jpg)