“Qafqazinfo”nun məlumatına görə, bu barədə məlumat verən Avropa Qəzetçilər Dərnəyinin Azərbaycan bölməsinin rəhbəri Afaq Fərzəlibəyova bildirib ki, bu mükafat bu ilin dekabrın 6-da Şimali Kipr Türk Respublikasında təşkil olunacaq Avropa Qəzetçilər Dərnəyinin növbəti mükafatlandırma mərasimində millət vəkili, Avrasiya Beynəlxalq
Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayevaya təqdim olunacaq.
Qeyd edək ki, “İlin ən yaxşıları” mükafatı Avropa Qəzetçilər Dərnəyi tərəfindən hər il müxtəlif sahələrdə uğur qazanan insanlara verilir.