İki məktəbdə “Açıq dərs”

iki-mektebde-aciq-ders
Oxunma sayı: 872


"Qafqazinfo"ya Təhsil Nazirliyindən daxil olan məlumata görə, mart 16-da “Labdisc” avadanlığı ilə təmin olunmuş 2 məktəbə - Bakı şəhəri Nərimanov rayonu 193 və Xətai rayonu 24 nömrəli məktəblərə mediatur təşkil olunub. Media nümayəndələri yeni avadanlıqlardan istifadə etməklə keçirilən fizika və kimya fənnləri üzrə “Açıq dərs”lərdə iştirak ediblər.

Mediatur çərçivəsində mətbuat nümayəndələrinə izah olunub ki, “Labdisc” məlumat qeydiyyat qurğusu 15 ədəd daxilə quraşdırılmış simsiz sensorlarla tam bir laboratoriya kimi fəaliyyət göstərir. Qurğu simsiz kommunikasiya vasitəsilə məktəbin bütün əsas texnologiya və avadanlıqları ilə tam inteqrasiya olunur. Kompüterlər, netbuklar, interaktiv lövhələr və planşetlərə qoşulmaqla sistem kabelsiz laboratoriya şəraitində yüksək fəallığı təmin edir. Bu isə dərs zamanı müəllimlə şagird arasında əməkdaşlığa, interaktiv tədrisə imkan yaradır, eyni zamanda texnoloji xərclərə qənaət edir.

Cihaz və proqram təminatından ibarət olan qurğu Azərbaycan dilini dəstəkləyir və “Windows”la Android istifadəçiləri tərəfindən asanlıqla istifadə olunur. Bununla yanaşı, fizika, kima və biologya dərslərində sınaqlar aparmaq üçün mobil araba işlənib hazırlanıb.

Azərbaycanın müstəqilliyi dövründə ilk dəfədir ki, ümumi təhsil məktəbləri üçün belə avadanlıqlar alınıb. Təhsil Nazirliyi artıq 50-dək ümumi təhsil müəssisəsinin yeni avadanlıqlarla təmin edilməsi prosesinə start verib.

Avadanlıqların köməyilə şagirdlər mürəkkəb sınaq işlər aparmaq, prosesi interaktiv lövhədə izləmək izləmək imkanı əldə edirlər. Eyni zamanda bu avadanlıqların mobil xüsusiyyətə malik olması onların istənilən məkanda istifadəsinə şərait yaradır.