Gizli narkotik plantasiyası aşkarlandı- - Fotolar

gizli-narkotik-plantasiyasi-askarlandi-
Oxunma sayı: 2529


“Qafqazinfo” ans pres-ə istinadən xəbər verir ki, saxlanılan şəxs Xaçmazın Xudat şəhər sakini 35 yaşlı Rahid Quliyevdir.

Aparılan əməliyyat axtarış tədbirləri zamanı Rahid Quliyev elə “iş başında” yaxalanıb. Hadisə yerində axtarış zamanı plantasiyadan xüsusi aqro texniki qaydada əkib becərdilmiş 18 ədəd hind çətənəsi kolu aşkar edilərək götürülub və ekspertiza üçün qablaşdırılıb.

Saxlanılan Rahid Quliyev bu ərazidə qayınatasına məxsus əkin sahəsi olduğunu deyərək narkotik tərkibli bitkilərə özünün qulluq etdiyini və istifadəçisi olduğunu etiraf edib.

Ərazidən narkotik bitkilərin becərilməsi üçün gübrə və ləvazimətlər aşkar edilərək götürülüb.

Saxlanılan şəxsin həmçinin üstündən 2 qrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb. Qusar polisi faktla bağlı araşdırmalara başlayıb.

“Qafqazinfo”