Nazzirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, Şabran rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin akt zalında keçirilən qəbul zamanı bölgədə yerləşən rayonların (Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı) ümumilikdə 100 nəfərdən çox sakininin müraciətləri dinlənilib. Müraciətlərdə nazirliyin fəaliyyət sahələri ilə bağlı qaldırılan məsələlər nazirliyin müvafiq şöbələrinin əməkdaşlarının iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılıb.
Müraciətlərin bir qismi elə yerindəcə həllini tapıb. Həmçinin aktiv sosial müdafiə tədbirlərinə, o cümlədən «Özündəstək» proqramına cəlb olunmaq üçün müvafiq potensiallara malik aztəminatlı ailələr də müəyyən olunaraq, onların aktiv sosial müdafiə tədbirlərinə cəlb edilməsi qərara alınıb. Nazir Fizuli Ələkbərov digər müraciətlərdə əksini tapan məsələlərin qısa vaxt ərzində araşdırılaraq obyektiv və ədalətli şəkildə həllini tapması barədə müvafiq struktur bölmələrinə göstəriş verib.
Həmçinin «Açıq qapı» şəraitində vətəndaşlar qəbul olunaraq, müraciətləri dinlənilib və vətəndaşların Nazirliyin səlahiyyətlərinə aid olmayan sahələrlə bağlı qaldırdıqları məsələlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Şabran rayonunda keçirilən qəbul haqqında öncədən KİV-lərdə məlumatın yayılması və müraciət etmək istəyən vətəndaşların qeydiyyatı aparılıb.
Qeyd edək ki, ötən il və cari ilin yanvar-mart ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri və nazirliyin digər rəhbər şəxsləri tərəfindən Bakıda və müxtəlif bölgələrdə ümumilikdə 20 dəfə vətəndaş qəbulu həyata keçirilib, 600 nəfərdən çox vətəndaş qəbul edilib.
Son xəbərlər
Son Xəbərlər