Komissiya bu yazı ilə bağlı “Qafqazinfo”ya məktub göndərib və məqalədə qeyd olunan bəzi fikirlərlə razılaşmadıqları qeyd olunub. DQMK hesab edir ki, araşdırmada qeyd olunan “müsabiqədən uğurla keçən şəxslərin təyinat almaması” problemi bir neçə il əvvələ kimi mövcud olsa da, artıq bu məsələ öz həllini tapıb. Vakant vəzifələrin əksəriyyətinin hazırda boş qalmasının səbəbi kimi bildirilib ki, vakant vəzifələrin heç də hamısına iddia edən namizəd olmur və bütün vakant vəzifələr üzrə qalib olmur.
Müsabiqədən uğurla keçən şəxslərə onların bacarıq və savadlarının yetərincə olmaması baxımından dövlət qurumlarının etimad göstərməməsi ilə bağlı fikirlə də razılaşmayan DQMK Komissiyanın təşkil etdiyi müsabiqələr nəticəsində qalib olan namizədlərə dövlət orqanları tərəfindən çox yüksək qiymət verildiyi və etimad göstərildiyi qənaətindədir.
Məktubda qeyd olunur ki, dövlət qulluğuna qəbulla bağlı keçirilən müsabiqələrin müsahibə mərhələsində namizədlərin iddia etdikləri vakant vəzifəyə uyğun olub-olmamaları dörd meyar üzrə qiymətləndirilir. Namizədlərin ehtiyat kadrlar siyahısına salınması “Ehtiyat kadrların formalaşdırılması qaydaları”na uyğun olaraq aparılır.
Sözügedən yazı ilə buradan tanış ola bilərsiz