Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov son vaxtlar mətbuatda etik normalara uyğun olmayan, çılpaq şəkillərlə xəbərlərin yayımlanmasına sərt münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, Şura sədri sonxeber.az-a açıqlamasında bildirib ki, hər bir sayt redaktoru bu məsələlərə diqqətlə yanaşmalı etik normalara uyğun olmayan çılpaq şəkillərdən uzaq olmalıdır: "Əyləncə saytlarında janra uyğun olaraq müəyyən görüntülər ola bilər. Lakin şəkillərdə etik normalar gözlənilməlidir. Təəssüf ki, bir sıra reklam şirkətləri məhsullarını önə çıxarmaq üçün bu yollardan istifadə edirlər. Diqqəti cəlb edən şəkilləri yayımlayırlar", - Ə.Amaşov bildirib.
Ə.Amaşovun sözlərinə görə, hər bir sayt redaktoru bu məsələlərə diqqətlə yanaşmalı etik normalara uyğun olmayan çılpaq şəkillərdən uzaq olmalıdır. "Xəbərlərdə etik normalar qorunmalıdır. Materiallardakı şəkillərin sərhədini müəyyən etmək mütləqdir. Pornoqrafik üsullardan istifadə etmək olmaz. Erotik şəkilləri qoymaq olmaz".
Ə.Amaşov bildirib ki, müəyyən bir rəssamın əsərini təqdim etmək olar. Bu artıq bədii təxəyyülün məhsuludur. Lakin pornoqrafik, erotik şəkillərin mətbuat səhifəsində yerləşdirilməsi etik normalara sığmır. "Hansı şəkil harada bu sərhədləri keçir, bunlar müəyyən olunmalıdır. Məsələn, müəyyən bir rəssamın əsərini təqdim etmək olar. Bu, artıq bədii təxəyyülün məhsuludur. Lakin pornoqrafik, erotik şəkillərin mətbuat səhifəsində yerləşdirilməsi etik normalara sığmır. Xüsusən ciddi bir saytda pornoqrafik, erotik şəkillərin yayımlanmasına imkan vermək olmaz. Bu baxımdan jurnalistlər peşəkar olmalıdır ki, onları bir-birindən ayıra bilsinlər. Etik normaların heç bir halda pozulmasına imkan verməli deyillər", - şura sədri əlavə edib.
Qeyd edək ki, azərbaycanlı ifaçı Afaq Aslanın bu gün saytlarda erotik fotoları yayımlanıb .