Buraxılış imtahanlarının nəticələri tezliklə açıqlanacaq

buraxilis-imtahanlarinin-neticeleri-tezlikle-aciqlanacaq
Oxunma sayı: 1521


“Qafqazinfo”  TQDK-ya istinadən xəbər verir ki, iyunun 2-də eyni zamanda Bakı şəhərində fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər də imtahan veriblər.

IX sinif şagirdləri üçün imtahan saat 10-da, XI sinif şagirdləri üçün isə saat 15-də başlanıb.

Bütün imtahan mərkəzlərində imtahan təlimata uyğun keçirilib, şagirdlərin öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Qeyd edək ki, iyunun 3-dən etibarən Komissiyada imtahan protokollarının və cavab kartlarının emalına başlanılacaq. TQDK bildidib ki, nəticələr yaxın günlərdə elan olunacaq.

TQDK-nın məlumatına görə, Bakı şəhərinin orta ümumtəhsil müəssisələrinin IX siniflərində təhsil alan 31490, 

XI siniflərin isə 24408 şagirdi buraxılış imtahanı verib.

Qeyd edək ki, imtahan nəticələri yaxın 2 gündə elan olunacaq.